Gəncədə tədbir təşkil olunub. Bu haqda 7 noyabr tarixində Şəhər Birləşmiş Xəstəxanasına istinadən xəbər veririk.
8 Noyabr - Zəfər Günü münasibətilə Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Şurası tədbir keçirib. Öncə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirə xəstəxananın direktoru İlkin İsmayılov da qatılıb. O, Azərbaycan Ordusunun Vətən müharibəsində göstərdiyi tarixi qəhrəmanlıqlardan danışıb.
Tədbirdə səhiyyə müəssisələrində çalışan müharibə veteranlarına, qazilərə, Tibb Kollecində təhsil alan Vətən müharibəsi iştirakçılarına hədiyyələr təqdim edilib. Mükafatlandırma mərasimi Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Şurasının sədri Güllər Süleymanova tərəfindən keçirilib. Burada ümumilikdə 84 nəfərə hədiyyələr verilib.