Gəncədə daha bir küçə təmir olunur. Bu haqda Gencexeber.az-a 10 oktyabr tarixində məlumat daxil olub.
Söhbət Vəli Xuluflu küçəsindən gedir. Adıçəkilən əraziyə texnika və canlı qüvvə cəlb olunub. Yol səthi bərabərləşdirilib. Əraziyə asfalt örtüyü salınır.
Qeyd edək ki, küçə boyunca bordürlər artıq düzülüb. Növbəti mərhələdə avtomobil yoluna nişanlar və xətlər çəkiləcək.