Gəncədə ümummilli lider Heydər Əliyevin xatirəsi dərin ehtiramla yad edilib. Bu haqda 11 may tarixində İcra Hakimiyyətinə istinadən xəbər veririk.
Ümummilli liderin şəhərin mərkəzi meydanındakı abidəsi ziyarət olunub. Ziyarət ulu öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar olaraq təşkil edilib.
Şəhərimizdə fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların, ali təhsil müəssisələrinin rəhbərləri öz kollektivləri ilə birlikdə ötən gün ərzində ulu öndərin abidəsini ziyarət ediblər. Onlar abidə önünə tər çiçəklər düzüb, xatirəsinə dərin ehtiramlarını ifadə ediblər.