Gəncədə Tacikistanla bağlı tədbir baş tutacaq. Bu haqda 20 may tarixində Mədəniyyət Nazirliyinə istinadən məlumat veririk.
Ölkəmizdə Tacikistan Mədəniyyəti Günləri başlayıb. Tədbirlərin ölkələrimiz arasında mədəni əlaqələrin inkişafına yeni töhfə olacağı bildirilir.
Layihə çərçivəsində Nizami yurdunda konsert proqramı təşkil olunacaq. Burada Tacikistanın incəsənət ustaları çıxış edəcəklər. Tədbir 23 may tarixində saat 19:00-da Gəncə Dövlət Filarmoniyasında baş tutacaq.