Gəncədə daha bir təlim baş tutacaq. Bu haqda 6 dekabr tarixində ADAU-ya istinadən məlumat veririk.
Azərbaycan Dövlət Aqrar Universiteti və Türkiyənin Ege Universiteti arasında həyata keçirilən beynəlxalq ikili diplom proqramı çərçivəsində növbəti təlim keçiriləcək. Tədbirdə Ege Universitetinin əməkdaşı Üyesi Bülent Yağmur “Sağlıklı ve sürdürülebilir tarımda toprak bitki besleme ve gübreleme” mövzusunda çıxış edəcək.
Seminar 7 dekabr tarixində saat 15:30-da ADAU-nun yeni tədris binasında 451-ci otaqda təşkil olunacaq.