Gəncəli tələbələr istehsalat müəssisəsini ziyarət ediblər. Bu haqda 25 oktyabr tarixində ADAU-ya istinadən xəbər veririk.
Azərbaycan Dövlət Aqrar Universitetinin "Elektrik və elektronika mühəndisliyi”, "Energetika mühəndisliyi" və "Kompüter mühəndisliyi" ixtisasının bir qrup sonuncu kurs tələbəsi “Zaferoğlu Elektrik” MMC-də istehsalat prosesi ilə tanış olublar.
Gənclərə müəssisənin fəaliyyəti və istehsal etdiyi LED lampa növünün ölkə bazarında satışı haqqında məlumat verilib. Onlar, həmçinin istehsalatda gedən proseslərdə iştirak ediblər.