Gəncədə tələbələrə bitkilərə calaqvurma oyrədilib. Bu haqda 9 oktyabr tarixində ADAU-ya istinadən xəbər veririk.
Azərbaycan Dövlət Aqrar Universitetinin Aqronomluq fakültəsinin bir qrup tələbəsi üçün "Meyvə bitkilərinə tətbiq edilən müxtəlif calaq növləri və calağın aparılma texnikası" mövzusunda təlim keçirilib. Burada meyvə ağacları üzərində calaqvurma qaydaları göstərilib.
Təlimdə Aqronomluq fakültəsinin “Bağçılıq və tərəvəzçilik” ixtisasının II və IV kurs, eləcə də “Aqronomluq” ixtisasının III kurs tələbələri iştirak ediblər. Proses calaqvurma mütəxəssisləri tərəfindən universitetin Tədris-təcrübə təsərrüfatının intensiv tipli meyvə bağında baş tutub.