Gəncədə növbəti turnir baş tutacaq. Bu haqda 19 oktyabr tarixində ATU-ya istinadən məlumat veririk.
“Zəfər kuboku” adlanan yarış Azərbaycan Texnologiya Universiteti (ATU), Azərbaycan Basketbol Federasiyası və Telekom Basketbol İdman Klubunun birgə təşkilatçılığı ilə keçiriləcək. Turnir 1-3 noyabr tarixlərində ATU-nun idman zalında təşkil olunacaq.
Yarış ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında baş tutacaq.
Məqsəd universitetlər arasında keçiriləcək Basketbol üzrə Respublika Çempionatında iştirak edəcək istedadlı tələbələri aşkar etməkdir.