Gəncədə tələbələr üçün tədbir təşkil olunub. Bu haqda 14 may tarixində ATU-ya istinadən məlumat veririk.
3D printerlə işləmə təlimi Azərbaycan Texnologiya Universitetinin İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə baş tutub. Burada təlimçilər İnnovasiya Mərkəzinin direktoru Şamo Salayev, əməkdaşları Tural Rüstəmov və Aqşin Hüseynov olublar.
Seminarda tələbələrə 3D printerin iş prinsipi, material növləri, printerin funksiyaları və istifadə, model və ya prototiplərin yaradılması qaydaları izah edilib.
Sonda gənclərin mövzu ilə bağlı sualları cavablandırılıb.