Gəncədə kommunal qəza baş verib. Bu haqda Gencexeber.az-a 12 oktyabr tarixində məlumat daxil olub.
Hadisə şəhərin Rahib Əliyev küçəsində qeydə alınıb. Heydər Əliyev prospekti ilə kəsişən hissədə sakinləri içməli su ilə təchiz edən yeraltı boru partlayıb. Nəticədə həmin ərazidə asfalt örtüyü çöküb və çuxur əmələ gəlib. Bundan başqa, küçə boyunca bir neçə gündür su axır.
Sakinlər bildirirlər ki, aidiyyəti quruma müraciət olunub, lakin heç bir tədbir görülməyib.
[modula id="47804"]