Gəncədə su borusu təmir olunur. Bu haqda Gencexeber.az-a 14 oktyabr tarixində məlumat daxil olub.
Söhbət Ruzigar Qasımov küçəsindən gedir. Adıçəkilən ərazidə sakinləri içməli su ilə təchiz edən yeraltı boru partlayıb. Həmin yerə texnika və canlı qüvvə cəlb olunub. Sıradan çıxmış su borusu yenisi ilə əvəzlənib.
Qeyd edək ki, küçədə aparılan işlərlə əlaqədar yolda hərəkət qismən məhdudlaşdırılıb.