Gəncədə kommunal qəza baş verib. Bu haqda Gencexeber.az-a 10 oktyabr tarixində məlumat daxil olub.
Hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb. Burada bir neçə gün öncə yeraltı boru partlayıb. Nəticədə asfalt örtüyünün altından su qaynayaraq küçə boyunca axır.
Sakinlər bildirirlər ki, ərazidə partlayan kanalizasiya borusudur. Bu hal onları narahat edir. Ərazidə yaşayan vətəndaşlar aidiyyəti qurumun məsələ ilə bağlı tədbir görməsini istəyirlər.