Gəncədə piyada səkisinin bir hissəsində hərəkət qismən məhdudlaşdırılıb. Bu haqda Gencexeber.az-a 19 oktyabr tarixində məlumat daxil olub.
Söhbət şəhərin Atatürk prospektindən gedir. Adıçəkilən ərazidə piyadaların hərəkəti üçün maneə yaranıb. Buradakı piyada səkisinə ağac budaqları kəsilərək atılıb. Nəticədə piyada yolunun bir hissəsi sakinlər üçün keçilməz olub.
Sakinlər bu vəziyyətdən narahat olduqlarını və maneənin aradan qaldırılmasını xahiş edirlər.
Oxşar vəziyyət Cavad Xan küçəsində də müşahidə olunur. Ərazidə yerləşən zibil qutularının yanına kəsilmiş ağac budaqları və xəzan atılıb. Sakinlərin sözlərinə görə, aidiyyəti qurumun əməkdaşları tərəfindən qutularda olan məişət tullantıları təmizlənsə də, budaqlar götürülmür.