Gəncədə avtomobil qəzası baş verib. Bu haqda Gencexeber.az-a 19 oktyabr tarixində məlumat daxil olub.
Hadisə şəhərin Yeni Gəncə yaşayış massivi, 28 May küçəsində qeydə alınıb. 2 nömrəli tam orta məktəbin qarşısında yol hərəkəti qaydalarını pozan “Chevrolet” markalı avtomobil “Niva” ilə toqquşub.
Nəticədə sonuncunun sürücüsü müxtəlif xəsarətlər alıb. Hadisə yerinə təcili tibbi yardım və polis əməkdaşları cəlb olunublar.
Faktla bağlı araşdırma aparılır.