Gəncədə növbəti küçəyə yol infrastrukturu salınır. Bu haqda Gencexeber.az-a 28 oktyabr tarixində məlumat daxil olub.
Söhbət Qara Namazlı küçəsindən gedir. Əraziyə texnika və canlı qüvvə cəlb olunub. Yeni asfaltın salınması üçün işlər gedir.
Yolun kənarlarına bordürlər düzülüb, yol səthi bərabərləşdirilib. Hazırda ərazidə köhnə asfalt örtüyü qaşınır. Növbəti mərhələdə yol nişanları və nişanlanma xətləri çəkiləcək.