Gəncədə film təqdimatı baş tutub. Bu haqda Gencexeber.az-a 21 oktyabr tarixində məlumat daxil olub.
"Paralel" adlı qısametrajlı filmin təqdimatı keçirilib. Ekran işi “Ağ adamlar prodakşn” tərəfindən hazırlanıb. Premyera Gəncə Dövlət Universitetinin akt zalında təşkil olunub. Tədbirə universitetin tələbələri qatılıblar.
Təqdimatın məqsədi ekran işini gənclər arasında tanıtmaq və onları yaradıcılığa cəlb etməkdir.
Tədbir universitetin rektoru Yusif Yusibov və prorektor Gülsüm Fətəliyevanın dəstəyi ilə həyata keçirilib.