Gəncədə küçələrin birində su borusu partlayıb. Bu haqda Gencexeber.az-a 7 may tarixində məlumat daxil olub.
Hadisə Ozan küçəsində baş verib. Adıçəkilən ərazidə sakinləri su ilə təchiz edən yeraltı xətt partlayıb.
Nəticədə su küçə boyunca axır. Yolda gölməçələr yaranıb. Analojı vəziyyət səbəbindən avtomobil və piyadaların hərəkətində müəyyən çətinliklər əmələ gəlib.