Gəncədə təhsil müəssisəsində vakansiya seçimi başlayıb. Bu haqda 20 oktyabr tarixində Təhsil İnstitutuna istinadən məlumat veririk.
Xüsusi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə vakansiya seçiminə start verilib. Nizami yurdu üzrə yalnız İnteqrasiya təlimli internat tipli gimnaziyada Azərbaycan sektoru üzrə ibtidai sinif (xüsusi təhsil) müəllimi vakansiyası mövcuddur. Dərs yükü 18 saatdır.
Namizədlərdən ali təhsil tələb olunur. Vakansiya seçimində iştirak etmək istəyən şəxslər aşağıdakı linkə daxil olaraq müraciət edə bilərlər:
https://forms.gle/hoLDJTiFfcg792Yb7.
Son qeydiyyat tarixi 23 oktyabr saat 17:00-dır.