Şəhər ərazisində yol örtüyü təmir edilir. Bu haqda məlumat iyunun 8-i Gencexeber.az-a daxil olub.
İşlər Nizami prospektində aparılır. Əraziyə xüsusi texnika və aidiyyəti qurumun əməkdaşları cəlb edilib. Hazırda yolun çökən hissələri, çatlayan yerləri qazılır və yamaqlar vurulur.