Gəncədə vətəndaş qəbulu keçirilib. Bu haqda 12 oktyabr tarixində İcra Hakimiyyətinə istinadən məlumat veririk.
Səyyar görüş 11 nömrəli tam orta məktəbdə baş tutub. Burada icra başçısı Niyazi Bayramov, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Aparatın məsul əməkdaşları, bələdiyyə sədrləri, idarə, müəssisə, təşkilat rəhbərləri iştirak ediblər.
Vətəndaş qəbulunda sakinlər onları narahat edən məsələləri gündəmə gətiriblər. Səsləndirilən müraciətlərdə işlə təminat, müalicə, fərdi yaşayış evinin təmiri, mənzil növbəliliyi və digər məsələlər üstünlük təşkil edib.
Şəhər rəhbəri vətəndaşların problemlərinin qısa zamanda aradan qaldırılması üçün müvafiq tapşırıqlar verib. Səsləndirilən məsələlərin bir çoxu yerindəcə həllini tapıb.