top
Maşınla adam öldürən şəxs niyə həbs edilmədi? - AÇIQLAMA
10 yanvar 2025, 16:45
- +

Maşınla adam öldürən şəxs niyə həbs edilmədi? - AÇIQLAMA

 

Gəncədə ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə nəticəsində 1988-ci il təvəllüdlü piyada Elvin Qurbanovu həyatını itirib. Araşdırma nəticəsində Gəncə sakininin həyatına son qoyan sürücünün yeniyetmə olduğu müəyyən edilib. Sürücü saxlanılıb, lakin yetkinlik yaşına çatmadığına görə barəsində həbs qətimkan tədbiri seçilməyib.

Maraqlıdır, bunun hüquqi tərəfi necədir? Hansı hallarda şəxs cinayət məsuliyyətinə cəlb edilmir?

Məsələ ilə bağlı Gencexeber.az-a açıqlama verən hüquqşünas Şamil Paşayev deyib ki, Cinayət Məcəlləsinin tələbinə görə Azərbaycan Respublikasında məsuliyyətə cəlb etməyə imkan verən yaş həddi 16-dır:

“16 yaşdan aşağı şəxslər məsuliyyətə cəlb edilmir. 14 yaşlı şəxslər isə qəsdən adam öldürmə, yolları yararsız vəziyyətə salma, adamları oğurlama, girov götürmə kimi hallarda müstəsna olaraq məsuliyyətə cəlb olunur. Bunlardan başqa hallarda əgər şəxs 16 yaşından kiçikdirsə, cinayət məsuliyyətinə cəlb edilmir. 16 yaşından yuxarı 18 yaşına çatmayan şəxslər barəsində isə həbs qətimkan tədbiri seçilməsində istintaq orqanı həssas yanaşmalıdır.

Bu şəxslərin ehtiyatsızlıqdan törədilən cinayətə görə barəsində ilkin dövr üçün həbs qətimkan tədbiri seçilməsi məqsədəuyğun hesab edilmir.

Cinayət prosessual məcəlləsinə əsasən, şəxslərin barəsində həbs qətimkan tədbiri seçilməsinin qaydası var. Şəxsin qaçıb gizlənməsi, istintaqa mane olması, istintaq orqanına gəlməməsi, sübutları saxtalaşdırmaq və bu kimi digər hallarda həbs qətimkan tədbiri seçilir. Bu kimi hallar yoxdursa, həbs qətimkan tədbirinin seçilməsinə gərək qalmır. İstənilən cinayətlə bağlı bu belədir. Xüsusilə yetkinlik yaşına çatmayan və ehtiyatsızlıqdan törədilən cinayətlərlə bağlı həbs qətimkan tədbirinin az seçilməsində fayda var”.

Əsmər Sənani

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 15:00

Azərbaycan üzərində hökmran olan Gəncə qalası

Bütün xəbərlər
Bu gün, 13:00

Süni mayalanma etdirən qadınlara xəbərdarlıq: xərçəng riski artır?

Bütün xəbərlər
Bu gün, 11:00

"TikTok"da tanış olduğu qızı qaçırdı, HƏBS OLUNDU

Bütün xəbərlər
Bu gün, 00:00

Bu gün Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Bütün xəbərlər
Dünən, 18:19

Prezidentin sosial media hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

Bütün xəbərlər
Dünən, 15:15

Gəncə İdman Sarayının ətrafı TƏMİZLƏNİB

Bütün xəbərlər
Dünən, 14:44

Doludan zərərçəkən sakinlərə dam örtüyü materialları verilir

Bütün xəbərlər
Dünən, 14:08

Sabah 32 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 12:51

Evdə təmir işləri aparan kişi həyatını itirdi

Bütün xəbərlər
Dünən, 12:39

"Rüşvət verib toyuq-cücə saxlayırlar" - "Ferma"ya çevrilən qəsəbə sakinlərindən İDDİA

Bütün xəbərlər
Dünən, 11:25

Bir sutkada qazanılan tarixi Zəfər

Bütün xəbərlər
Dünən, 11:16

Borc söhbəti bıçaqlı davaya çevrildi – 2 il 3 ay həbs cəzası

Bütün xəbərlər
Dünən, 00:00

Antiterror əməliyyatlarından üç il ötür

Bütün xəbərlər
18 sentyabr 2026, 20:36

Azər Məmmədov: "Çox istərdim ki, "Kəpəz" kubokun finalında olsun"

Bütün xəbərlər
18 sentyabr 2026, 18:00

Bu rayonlarda heyvan bazarları fəaliyyətə BAŞLADI

Bütün xəbərlər
18 sentyabr 2026, 17:06

Çaylardan daşqın və sel keçəcək - XƏBƏRDARLIQ

Bütün xəbərlər
18 sentyabr 2026, 16:34

AFFA Gəncədə məşqçilik kursu təşkil edəcək

Bütün xəbərlər
18 sentyabr 2026, 15:56

Bu xəstəlik Azərbaycanda sürətlə artır – RƏSMİ RƏQƏMLƏR

Bütün xəbərlər
18 sentyabr 2026, 15:15

"Turan Tovuz"un qapıçısı Azərbaycan millisinə qarşı oynaya bilər

Bütün xəbərlər
18 sentyabr 2026, 14:39

"Sən arvadının canı, təmiz yu" sözünə görə d*va düşdü - 3 illik cəza

Bütün xəbərlər
18 sentyabr 2026, 14:05

Sabah şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ

Bütün xəbərlər
18 sentyabr 2026, 12:56

Gəncədə yeni inşa olunan məktəbin ətrafı TƏMİZLƏNİB

Bütün xəbərlər
18 sentyabr 2026, 12:16

Gəncənin mərkəzində binanın fasadında çatlar yaranıb - ŞİKAYƏT

Bütün xəbərlər
18 sentyabr 2026, 11:04

Gəncədə təhlükəli çinar ağacının budaqları kəsildi

Oxşar xəbərlər