Gəncədə şagirdlər üçün ekskursiya təşkil edilib. Bu haqda 3 may tarixində Heydər Əliyev Mərkəzinə istinadən məlumat veririk.
Gəncə şəhər İsrafil Məmmədov adına 27 nömrəli məktəb-liseyin, Uşaq İncəsənət Məktəbinin və Goranboy rayon Dəyirmanlar kənd tam orta məktəbinin müəllim və şagirdləri Heydər Əliyev Mərkəzinə baş çəkiblər. Burada onlar nümayiş olunan eksponatlarla tanış olublar.
Həmçinin mərkəzin əməkdaşı qonaqlara Heydər Əliyevin həyat yolunu və fəaliyyətini, şəhərimizin tarixini əks etdirən fotostendlər haqqında məlumat verib.