Gəncədə növbəti təlim keçirilib. Bu haqda 6 oktyabr tarixində KOBİM-ə istinadən məlumat veririk.
"Müasir uçot qaydaları" mövzusunda təlim Gəncə KOBİM tərəfindən təşkil olunub. Burada 10 nəfər iştirak edib. Tədbirdə KOBİM-in eksperti tərəfindən vergi orqanlarında qeydiyyat, vergi ödəyicilərinin uçotu, uçota alınma, yenidən uçota alınma və uçotdan çıxarılma qaydaları barədə ətraflı məlumat verilib.
Həmçinin vergi öhdəliklərinin yerinə yetirilməsi, gəlirlərin və xərclərin vergi ödəyicisi tərəfindən uçotunun aparılması, vergi hesabatlarının tərtib edilməsi və verilməsi qaydası, əlavə dəyər vergisi üzrə müddəaların izahı, nağdsız ödənişlərin əhəmiyyəti, üstünlüyü və nağdsız hesablaşmalar haqqında qanunun tətbiqi zamanı vergi məsələləri, qanunun tələblərinin pozulmasına görə tətbiq olunan maliyyə sanksiyaları haqda danışılıb.
Qeyd edək ki, KOBİM tərəfindən təşkil olunan təlimlərdə iştirak ödənişsizdir.