Gəncədə kommunal qəza baş verib. Bu haqda Gencexeber.az-a 10 iyun tarixində məlumat daxil olub.
Hadisə İsmət Qayıbov küçəsində qeydə alınıb. Burada kanalizasiya quyusu daşır. Nəticədə çirkab həmin yerdən Fətulla Həsənov küçəsi, Heydər Əliyev prospekti və Mirzə Abbas Abbaszadə küçələrinə qədər axır.
Sakinlərin sözlərinə görə, sözügedən vəziyyət iki gündür davam edir. Onlar kanalizasiyanın daşması səbəbindən xoşagəlməz qoxunun yayıldığını əlavə ediblər.