Gəncədə küçələrin birində avtomobillər üçün maneə yaranıb. Bu haqda Gencexeber.az-a 17 oktyabr tarixində məlumat daxil olub.
Söhbət İsrafil Məmmədov küçəsindən gedir. Adıçəkilən ərazidə yeraltı su xətləri təmir olunub. Lakin işlər bitdikdən sonra ərazinin üstü örtülməyib.
Sakinlər yaranmış vəziyyətin artıq bir həftədir davam etdiyini deyiblər. Onlar, həmçinin qeyd ediblər ki, bu səbəbdən avtomobillərin hərəkətində çətinlik yaranır.