Gəncədə kino klubunun görüşü təşkil olunacaq. Bu haqda 5 iyul tarixində Gəncə Maarif Evinə istinadən məlumat veririk.
Bu gün, iyulun 5-də baş tutacaq tədbir saat 14:30-da Maarif Evində keçiriləcək. İştirakçılar “Pəncərə” filmini izləyəcək və sonra müzakirə edəcəklər. Tədbirin moderatoru Ceyhun İsmayılovdur. Qatılmaq istəyənlər ödənişsiz iştirak edə bilərlər.
Qeyd edək ki, Gəncə Maarif Evi Mərkəzi Kitabxananın yanında (keçmiş “Oksi Baby” mağazasının 3-cü mərtəbəsində) yerləşir. Əlaqə nömrələri (055) 388 97 77, (022) 256 03 33.