Gəncədə bəzi təhsil müəssisələrində vakansiyalar var. Bu haqda 7 oktyabr tarixində Elm və Təhsil Nazirliyinə istinadən məlumat veririk.
Məktəbəqədər təhsil müəssisələrində tərbiyəçi-müəllim vəzifəsi üzrə vakant yerlər elan olunub. Yerləşdirilmə işə qəbul üzrə müsabiqədə uğur qazanmış namizədlərin şəxsi səhifələrində qeyd olunan faktiki yaşayış yeri və imtahan nəticələrinə əsasən aparılacaq.
Hazırda Gəncə üzrə 46 və 47 saylı körpələr evi - uşaq bağçalarında rus bölməsi üzrə iki vakant yer var.