Gəncədə iki ərazidə kommunal qəza baş verib. Bu haqda Gencexeber.az-a 23 oktyabr tarixində məlumat daxil olub.
Hadisə şəhərin Maqsud Əliyev küçəsi və Sevinc qəsəbəsində qeydə alınıb. Ərazilərdən birincisində sakinləri içməli su ilə təchiz edən yeraltı boru partlayıb. Nəticədə bir neçə gündür küçə boyunca su axır. Ərazidə asfalt örtüyü olmadığından gölməçələr əmələ gəlib.
Sevinc qəsəbəsindəki qəza “Bizim təndir”in yanında baş verib. Burada ana xətt ilə birləşən hissədə sızıntı müşahidə olunur. Sakinlər bildirirlər ki, ərazidə aylardır su axır. Burada da su gölməçələr yaradıb.
Vətəndaşlar hər iki məsələ ilə bağlı müvafiq qurumun tədbirlər görməsini istəyirlər.
[modula id="48494"]