Gəncədə kəsişmələrin birində yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda Gencexeber.az-a 7 may tarixində məlumat daxil olub.
Hadisə Şah İsmayıl Xətai prospekti ilə Azərbaycan Bayrağı küçəsində qeydə alınıb. “VAZ 2106” markalı avtomobil ilə “Toyota Land Cruiser” toqquşub.
Birinci nəqliyyat vasitəsi küçəyə dönmə əməliyyatı etmək istəyərkən qarşıdan gələn digər avtomobilə çarpılıb. Nəticədə xəsarət alan olmayıb. Əraziyə polis əməkdaşları cəlb olunublar.