Gəncə təmsilçisi yeni hücumçu ilə müqavilə imzalayıb. Bu haqda 13 oktyabr tarixində futbol klubuna istinadən xəbər veririk.
Söhbət malili forvard Adama Nianedən gedir. O, “Kəpəz”in şərəfini qoruyacaq. Hücumçu mövqeyində oynayan futbolçu ilə mövsümün sonuna kimi müqavilə imzalanıb.
Adama Nianenin son klubu İranın “Nassaji” komandası olub. O, daha çox Fransa və Belçika çempionatlarında "Nant", "Trua", “Soşo”, “Şarlerua” və “Ostende” kimi klublarda çıxış edib.