Gəncədə küçə təmir olunur. Bu haqda Gencexeber.az-a 10 oktyabr tarixində məlumat daxil olub.
Söhbət Atatürk prospekti ilə İsrafil Məmmədov küçəsinin kəsişməsindən gedir. Adıçəkilən əraziyə aidiyyəti qurum tərəfindən texnika və canlı qüvvə cəlb olunub. Küçənin nahamar hissələrinə yamaq vurulur. Çuxurlar doldurulur.
Asfaltlama işləri səbəbindən yolun bir hissəsində hərəkət müvəqqəti məhdudlaşdırılıb.
Qeyd edək ki, bir müddət öncə ərazidə “Maqro” şirkəti küçəyə su və kanalizasiya xətləri çəkib.