Gəncədə kommunal qəza baş verib. Bu haqda Gencexeber.az-a 9 oktyabr tarixində məlumat daxil olub.
Hadisə şəhərin Fikrət Əmirov küçəsi, 24 ünvanında qeydə alınıb. Ərazidə kanalizasiya borusu partlayıb. Nəticədə həmin yerdə çirkabdan gölməçə əmələ gəlib və su küçə boyunca axır.
Sakinlər bildirirlər ki, bu hal üç gündür davam edir. Onların sözlərinə görə, aidiyyəti quruma bir neçə dəfə müraciət olunub, lakin heç bir tədbir görülməyib. Ərazidə yaşayan vətəndaşlar kəskin qoxudan narahat olduqlarını deyirlər.