Gəncədə bir sıra kommunal qəzalar baş verib. Bu haqda Gencexeber.az-a 16 oktyabr tarixində məlumat daxil olub.
Sözügedən hadisələr şəhərin üç ərazisində müşahidə olunur. Məhəmməd Pişnamazzadə küçəsində sakinləri içməli su ilə təchiz edən yeraltı boru partlayıb. Sakinlərin sözlərinə görə, 10 gündür ki, küçə boyunca su axır. Abonentlər bildirirlər ki, aidiyyəti quruma müraciət olunub, lakin heç bir tədbir görülməyib.
Ozan küçəsində arxın borusu tutulub. Nəticədə kanal daşıb və çirkab piyada səkisinə axmağa başlayıb.
Digər hadisə isə Hakim Cəfərov küçəsində yaşanıb. Burada iki kanalizasiya quyusu tıxanıb. Bu səbəbdən küçə boyunca çirkab axır. Sakinlər bildirirlər ki, quyular mütəmadi olaraq daşır və ərazidə üfunət əmələ gəlir.
[modula id="48044"]