Gəncədə şəhid və qazi övladları üçün məşğələ təşkil olunacaq. Bu haqda 10 oktyabr tarixində Gənclərin İnkişaf və Karyera Mərkəzinə istinadən xəbər veririk.
“Bright Minds English Initiative" 2 aylıq onlayn ingilis dili dərslərinə qeydiyyat başlayıb. Məşğələlər Vətən müharibəsində şəhid və qazi olmuş şəxslərin 14-29 yaş arası övladları üçün keçiriləcək. Məqsəd onların ingilis dili biliyini inkişaf etdirməkdir.
Məşğələlər xaricdə təhsil almış tələbələr tərəfindən aparılacaq. Dərslərə qeydiyyat 20 oktyabr tarixinədək davam edir.
İngilis dili biliyini inkişaf etdirmək istəyənlər aşağıdakı linkə daxil olaraq, qeydiyyatdan keçə bilərlər:
Qeyd edək ki, layihə Gənclərin İnkişaf və Karyera Mərkəzi və Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının birgə təşkilatçılığı ilə keçiriləcək.