Gəncədə rəsm təlimi keçiriləcək. Bu haqda 13 oktyabr tarixində Gənclər Evinə istinadən xəbər veririk.
"Heykəltaraşlıq" adlı təlim Gənclər Evində baş tutacaq. Ustad dərsi mərkəzin rəssamı Xanım Əhmədova tərəfindən təşkil olunacaq.
Tədbirdə hər kəs ödənişsiz olaraq iştirak edə bilər. Təlimə qatılmaq istəyənlər (055) 307 85 39 nömrəsi ilə əlaqə saxlamalıdırlar.