Gəncədəki göl abadlaşdırılır. Bu haqda Gencexeber.az-a 24 noyabr tarixində məlumat daxil olub.
Söhbət Heydər Əliyev parkında yerləşən süni göldən gedir. Sözügedən göl boşaldılıb, əraziyə texnika və canlı qüvvə cəlb olunub. Hazırda burada qazıntı işləri aparılır.
Abadlıq işlərinin nə vaxt bitəcəyi məlum deyil.