Gəncədə yolayrıcılardan birində işıqforlar çalışmır. Bu haqda Gencexeber.az-a 17 oktyabr tarixində məlumat daxil olub.
Sözügedən hal Eminbəyli küçəsi ilə Nizami Gəncəvi prospektinin kəsişməsində müşahidə olunur. Ərazidə yerləşən dörd işıqfordan heç biri fəaliyyət göstərmir.
Həmin yerdə sıxlıq müşahidə olunur. Sakinlər bildirirlər ki, bu hal həm piyada, həm də sürücülər üçün təhlükə və qəza şəraiti yaradır.