Gəncədə daha bir küçədə qazıntı işləri başlayıb. Bu haqda Gencexeber.az-a 20 iyun tarixində məlumat daxil olub.
Sözügedən işlər şəhərin Atatürk prospektində aparılır. Ərazidə aidiyyəti qurumun canlı qüvvə və texnikası çalışır. Hazırda burada qazıntı işləri gedir. Növbəti mərhələdə yeni su və kanalizasiya sistemlərinin çəkilməsi üçün borular yerləşdiriləcək.
İşlər tamamlandıqdan sonra prospektə asfalt örtüyü salınacaq.