Gəncədə bir neçə küçə təmir olunur. Bu haqda Gencexeber.az-a 6 dekabr tarixində məlumat daxil olub.
Söhbət şəhərin Mehdi Şadıyev və Nizami Gəncəvi küçələrindən gedir. Adıçəkilən ərazilərə texnika və canlı qüvvə cəlb olunub.
Mehdi Şadıyev küçəsində yolun yararsız hissələrinə asfaltdan yamaq vurulub. Nizami Gəncəvi küçəsində isə köhnə örtük qaşınıb. Ərazidə piyada səkilərinin kənarlarına asfalt salınır.
[modula id="51180"]