Gəncədə küçələrə yol infrastrukturu salınır. Bu haqda Gencexeber.az-a 12 oktyabr tarixində məlumat daxil olub.
Söhbət Şota Rustaveli küçəsindən gedir. Əraziyə texnika və canlı qüvvə cəlb olunub. Adıçəkilən küçənin bir hissəsindəki avtomobil yolunun səthi bərabərləşdirilib, asfalt örtüyü çəkilir. Növbəti mərhələdə yol nişanları və xətləri çəkiləcək.
Həmin ərazidə avtomobillərin hərəkəti qismən məhdudlaşdırılıb.
Bundan başqa, Vəli Xuluflu küçəsindəki avtomobil yolu qaşınıb, asfaltlanmağa hazır vəziyyətə gətirilir.
[modula id="47817"]