Gəncə sakinlərinə lent formasında hazırlanmış döş nişanları paylanılıb. Bu haqda 6 noyabr tarixində Gənclər Evinə istinadən xəbər veririk.
“Qələbənin pəncərələri” aksiyası çərçivəsində Zəfər simvolumuz olan Xarıbülbülün döş nişanı gənclər tərəfindən vətəndaşlara hədiyyə olunub. Tədbir Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə Regional Gənclər və İdman İdarəsi, eləcə də Gənclər Evinin birgə təşkilatçılığı və İcra Hakimiyyətinin dəstəyi ilə keçirilib.
Aksiyanın məqsədi şəhidlərimizin gənclər arasında tanıdılması və onlarda vətənpərvərlik hisslərini yüksək səviyyədə aşılamaqdır.
[modula id="49363"]