Gəncədə Böyük Vətən müharibəsi iştirakçısının yas mərasimi keçirilib. Bu haqda 10 oktyabr tarixində İcra Hakimiyyətinə istinadən məlumat veririk.
İcra başçısı Niyazi Bayramov, YAP Gəncə Şəhər Təşkilatının sədri Bayram Aslanov, Bitki-mühafizə və texniki bitkilər Elmi-Tədqiqat İnstitutunun direktoru, professor İbrahim Cəfərov və Aparatın məsul əməkdaşları II Dünya müharibəsi iştirakçısı Tofiq Hüseynovun yas mərasimində iştirak ediblər.
Şəhər rəhbəri veteranın ailə üzvləri ilə görüşüb, onlara başsağlığı verib.
Xatırladaq ki, ötən gün 101 yaşlı Böyük Vətən müharibəsi iştirakçısı Tofiq Hüseynovun vəfatı haqda xəbər paylaşmışdıq.