Gəncədə şəhidin övladı xəstəxanada ziyarət olunub. Bu haqda 6 oktyabr tarixində İcra Hakimiyyətinə istinadən xəbər veririk.
Vətən müharibəsi zamanı şəhid olan Elvin Mustafayevin övladı xəstəxanada müalicə alır. Şəhər rəhbəri balaca Elvinanı ziyarət edib, onun vəziyyəti ilə maraqlanıb və şəfa diləyib. Niyazi Bayramov, həmçinin şəhid ailəsini narahat edən məsələlərlə maraqlanıb və lazımi tədbirlərin görülməsi üçün aidiyyəti üzrə tapşırıqlar verib.
Qeyd edək ki, şəhid Elvin Faxrəddin oğlu Mustafayev 2 oktyabr 2020-ci il tarixində Murovdağ istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.