Gəncədə avtomobil piyadanı vurub.
Lent.аz xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Minik avtomobili yolu keçmək istəyən 15 yaşlı A.Zeynalovanı vurub.
Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.