Gəncədə tələbələrlə görüş təşkil olunub. Bu haqda 26 oktyabr tarixində GDU-ya istinadən xəbər veririk.
Gəncə Dövlət Universitetində “Təşviş pozuntuları ilə psixoloji işin aparılması proqramı” mövzusunda tələbələrlə görüş keçirilib. Tədbirdə universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva, şəhər Birləşmiş Xəstəxanasının direktor müavini, ilkin səhiyyə xidmətlərinin rəhbəri Xalidə Sadıqova və xəstəxananın psixoloqu Zahid Tağıyev iştirak ediblər.
Görüşdə psixoloji travmalar, qorxular, özünə inamsızlıq kimi məsələlərdən bəhs olunub və onların həll yollarından danışılıb. Zahid Tağıyev “Təşviş pozuntuları ilə psixoloji işin aparılması proqramı” mövzusunda çıxış edib.
Sonda tələbələrin sualları cavablandırılıb.