Gəncədə əyləncə proqramı təşkil olunacaq. Bu haqda 9 oktyabr tarixində “Gəncland”a istinadən məlumat veririk.
Tədbir “Gəncland” Ailəvi İstirahət və Əyləncə Kompleksində baş tutacaq. 31 oktyabr saat 17:00-da burada “Halloween party” keçiriləcək. Əyləncə proqramı “Bubu” kafedə təşkil olunacaq.
Biletlərin qiyməti 10 manatdır. İştirak etmək istəyən şəxslər (055) 825 55 02 nömrəsi ilə əlaqə saxlayaraq rezerv edə bilərlər. Biletləri isə parkın kassasından əldə etmək mümkündür.