Gəncədə poeziya gecəsi təşkil olunacaq. Bu haqda Gencexeber.az-a 24 oktyabr tarixində məlumat daxil olub.
Tədbir 28 oktyabr saat 17:00-da başlayacaq. Burada iştirakçılar həm öz şeirlərini bölüşmək, həm də sevimli klassiklərin şeirlərini söyləmək şansı əldə edəcəklər. Tədbirə layihənin təşkilatçısı Lalə Həsənova və iştirakçıları, Bakıdan gələn şairlər və digər qonaqlar qatılacaqlar.
Gecənin aparıcıları şairlər - İlqar Məmmədov və Lalə Həsənova olacaqlar. Poeziya axşamında hər kəs ödənişsiz olaraq iştirak edə bilər.
Qeyd edək ki, tədbir Vaqif küçəsi, 161 ünvanında baş tutacaq.