Gəncədə konsert təşkil olunacaq. Bu haqda 20 oktyabr tarixində “Gəncə Mall”a istinadən məlumat veririk.
“Gəncə Mall” Ticarət Mərkəzi həftəsonu üçün proqram hazırlayıb. Bazar günü, 22 oktyabr tarixində Mir Hüseyn Mir Şahin şəhərimizin sakin və qonaqları üçün tarda ifalar səsləndirəcək. Tədbir 17:00-da başlayacaq və 1 saat davam edəcək.
Musiqili proqrama hər kəs dəvətlidir, iştirak ödənişsizdir.