Gəncədə həftəsonu üçün əyləncə proqramları hazırlanıb. Bu haqda 5 oktyabr tarixində Gəncə Mall-a istinadən məlumat veririk.
Gəncə Mall şənbə və bazar gününə olan proqramı açıqlayıb. 7 oktyabr saat 17:00-da ticarət mərkəzində uşaqlar üçün əyləncə təşkil ediləcək. Burada kloun, köpük və şar şoular, hədiyyələr və maskotlar olacaq.
Bazar günü, oktyabrın 8-də isə eyni saatda konsert keçiriləcək. Hüseyn Jafar və İsmayıl Qədim sakinlər üçün ifa edəcəklər.
Tədbirlərə hər kəs qatıla bilər. İştirak ödənişsizdir.