Gəncəli məktəblilər şəhidlərin xatirəsini anıblar. Bu haqda Gencexeber.az-ın müxbiri 16 oktyabr tarixində xəbər verib.
Uşaqlar Gəncə şəhər 26 saylı orta məktəbin şagirdləridir. Balacalar, 17 oktyabr 2020-ci il tarixində erməni terroru nəticəsində bombalanan Muxtar Haciyev küçəsini ziyarət ediblər. Onlar şəhid rəsmlərinin önünə gül dəstələləri düzüblər.
Daha öncə, 4-cü sinif şagirdlərinin bombalanan məhəlləni ziyarət etmələri haqda xəbər vermişdik.
[caption id="attachment_3677" align="alignnone" width="300"]
Foto Gencexeber.az[/caption]